İnanılmaz aromatik peçenyelər:  çox dadlı olacaq
04 noyabr 2024 17:54 (UTC +04:00)

İnanılmaz aromatik peçenyelər: çox dadlı olacaq

Məşhur “Gingerbread” peçenyeləri ənənəvi olaraq soyuq mövsümdə daha çox bişirilir. Bu şirniyyatı hazırlamaq asandır və evi inanılmaz ətirlə doldurur.

Lent.az xəbər verir ki, təqdim edəcəyimiz bu reseptlə 25 peçenye hazırlanır. 

Lazım olan ərzaqlar: 

Qəhvə - 30 ml;

Kərə yağı - 175 q;

Şəkər - 175 q;

Yumurta - 2 ədəd;

Un - 450 q;

Qabartma tozu - 2 çay qaşığı;

Üyüdülmüş zəncəfil - 1 yemək qaşığı;

Zəncəfil peçenyeləri üçün ədviyyat qarışığı - 1 çay qaşığı. 

Sobanı 180 dərəcəyə qədər qızdırmaqla başlayın. Kərə yağı və şəkəri krem halına gətirin. Üzərinə qəhvə və yumurta əlavə edin. Daha sonra ələnmiş un, qabartma tozu, üyüdülmüş zəncəfil və ədviyyatları tökün. 

Xəmir yoğurun. Bu, təxminən beş dəqiqə çəkəcək. Sonra xəmiri yapışqan filmə büküb 30 dəqiqə dincəltmək lazımdır. Xəmiri yağlanmış perqament kağızının arasına qoyun və yuvarlayın. Peçenyeləri istənilən formada kəsin.

Sobada 10 dəqiqə bişirin, sonra çıxarın və soyuması üçün çay dəsmalının üzərinə qoyun. İstəsəniz, üzərini zövqə görə bəzəyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3306
avatar

Sevinc Fərid

Oxşar yazılar