Çiyələyi 2 il boyunca ətirli   və təzə necə saxlamaq olar? – Lent.az-ın MƏTBƏXİ
03 iyun 2022 18:37 (UTC +04:00)

Çiyələyi 2 il boyunca ətirli və təzə necə saxlamaq olar? – Lent.az-ın MƏTBƏXİ

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sizinlə sosial şəbəkədə “Dadli Metbexim” adı ilə tanınan səhifəyə istinadən çiyələyin 2 il boyunca ətirli və təzə saxlanmasının reseptini bölüşəcəyik. 

Bunun üçün saxlamaq  istədiyiniz qədər çiyələyi götürün. Sonra onu bol suda yaxşıca yuyun. Təmiz yuduqdan sonra saplağını təmizləyin. Öncədən quruladığınız çiyələkləri 700 qramlıq bankalara yerləşdirin. Hər bankaya 2 xörək qaşığı şəkər tozu əlavə edin. Üzərinə isə qaynanmış qaynar su tökün. Qapaqla bərkidib ağzını yaxşıca bağlayın. 

Daha sonra bankanın içərsindəki şəkəri tam əridin. Bankanı tərs çevirib, üzərinə ədyal ilə örtün və soyuyana qədər gözləyin. Soyumadan üzərini qəti açmayın. Hazır olduqdan sonra normal şəkildə bankaları əvvəlki vəziyyətinə qaytarın. 

Beləliklə, çiyəlikləriniz hazırdır. 2 dəqiqəyə hazırladığınız bu ətirli çiyələkləri 2 il boyunca saxlaya bilərsiniz. 

Hazırlanma qaydasını videodan daha ətraflı izləyə bilərsiniz. 

Nuş olsun!
 

# 3321
avatar

Sevinc Fərid

Oxşar yazılar