Badımcanı bir də belə qızardın - DADINDAN DOYMAYACAQSINIZ
08 iyul 2024 19:31 (UTC +04:00)

Badımcanı bir də belə qızardın - DADINDAN DOYMAYACAQSINIZ

Badımcan qızardarkən hər kəsin şikayət etdiyi əsas məqamlar yağın hopması və xüsusilə qaralmasıdır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, badımcanın qaralmasının qarşısını almağın sadə üsulu var.

Ən vacib addım badımcanları duzlu suda saxlamaqdır. Bu proses badımcanların acılığını aradan qaldırır və suyunu buraxmağa imkan verir. Beləliklə, qızartma zamanı yağın udulmasının qarşısını alır.

Hazırlanma qaydası

Badımcanları orta qalınlıqda halqalara kəsin və duzlu suda isladın.

Badımcanların qara şirəsi çıxanda onları sudan çıxarın və artıq suyunu kağız dəsmal ilə çıxarın.

Bir boşqaba yumurta, un, duz və qabartma tozunu əlavə edib çalın.

Hazırladığınız qarışıma badımcan dilimlərini əlavə edin və yaxşıca qarışdırın.

Tavaya yağı götürüb qızdırın. Badımcan dilimlərini hər iki tərəfə qızdırılmış yağda qızardın. 

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15906
avatar

Arzu Qurbanlı

Oxşar yazılar