100 il  yaşamağa   kömək edən şorba resepti
02 avqust 2025 15:53 (UTC +04:00)

100 il yaşamağa kömək edən şorba resepti

Sağlam həyat tərzini araşdıran tədqiqatçılar nəhayət, uzunömürlülüyə mühüm təsir göstərə biləcək bir sadə, lakin çox effektiv yeməyi müəyyən ediblər. Söhbət dünyada ən çox uzunömürlü insan yaşayan bölgələrdə yəni “Mavi zonalarda” hər gün yeyilən bir şorbadan gedir.

Lent.az bu resepti təqdim edir:

“Mavi zonalar” Yer kürəsində insanların uzun ömür sürdüyü, ağlını və sağlamlığını qoruduğu xüsusi bölgələrə verilən addır. İlk belə bölgə İtaliyanın Sardiniya adasında müəyyən edilib. Sonra Yaponiyanın Okinava adası, Yunanıstanın İkariya adası, Kosta-Rikanın Nikoya yarımadası və ABŞ-ın Loma Linda bölgəsi də bu siyahıya əlavə olunub.

“Mavi zonalar” konsepsiyasının tədqiqatçısı və təbliğatçısı Dan Büttner müəyyən edib ki, bu bölgələrin sakinlərinin uzunömürlü olmasında həyat tərzi, xüsusən də qidalanma əsas rol oynayır. Əsas prinsip təbii, bitki mənşəli qidaların üstünlük təşkil etməsidir. Bu insanlar bol tərəvəz, paxlalı bitkilər, tam taxıllı məhsullar yeyirlər və demək olar ki, emal olunmuş məhsullardan və qırmızı ətdən istifadə etmirlər.

Əsas qəhrəman minestrone: sadə, amma güclü təsirə malik şorba

Sardiniyada ən məşhur yeməklərdən biri minestronedir lif, vitamin və iltihab əleyhinə maddələrlə zəngin, doymuş tərəvəz şorbası. Bu şorbanın tərkibində mərcimək, lobya, yerkökü, kərəviz və ispanaq olur bu inqrediyentlər bədəndəki iltihabı azaldır, immuniteti gücləndirir və ürək sağlamlığını dəstəkləyir.

Dan Büttner bildirir ki, sardiniyalılar minestroneni demək olar ki, hər gün yeyirlər və bu, onların uzun müddət sağlam qalmasına kömək edir. Bitki mənşəli zülal, antioksidantlar və faydalı yağlarla zəngin olan bu şorba nəinki doyumludur, həm də qan şəkərinin və təzyiqin stabil saxlanmasına kömək edir.

Evdə asan hazırlanan minestrone resepti

Məşhur qida bloqeri Aye Manfre, “Cooking With Ayeh” adlı YouTube kanalında bu “uzunömürlülük şorbasının” sadə reseptini paylaşıb. Bu resepti öz mətbəxinizdə rahatlıqla hazırlaya bilərsiniz.

İnqrediyentlər:

Birinci soyuq pres yağ

Soğan, yerkökü, kərəviz

Dəfnə yarpağı, sarımsaq

Pomidor pastası

Kartof

Quru mərcimək

Cannellini lobyası (konservləşdirilmiş və ya bişmiş)

Tərəvəz bulyonu

Parmesan pendirinin qabığı (arzuya görə dadı gücləndirmək üçün)

Bərk buğda unundan hazırlanmış makaron

Təzə ispanaq

Hazırlanma qaydası

Dərin qazan içində xırda doğranmış soğan, yerkökü və kərəvizi zeytun yağında qovurun, dəfnə yarpağı və bir çimdik duz əlavə edin. Sonra sarımsaq və bir az pomidor pastası əlavə edib, ətri çıxana qədər qızdırın. Ardınca kartof və mərciməyi əlavə edib, tərəvəz bulyonu ilə üzərini örtün. İstəsəniz, dadı artırmaq üçün parmesan pendirinin qabığını da əlavə edin.

Mərcimək yumşaldıqdan sonra lobyaları və az miqdarda makaronu əlavə edin. Hazır olmağa 5 dəqiqə qalmış ispanağı da əlavə edin. İstəyə görə, şorbanın bir hissəsini blenderdən keçirərək daha kremli tekstura əldə edə bilərsiniz. Servis zamanı bir neçə damcı zeytun yağı və (arzuya görə) rəndələnmiş pendir ilə süfrəyə verin. Minestrone təkcə faydalı bir şorba deyil, həm də zamanla təsdiqlənmiş uzunömürlülük formulu sayılır.

Yüngül, doyumlu, vitamin və mikroelementlərlə zəngin olan bu yemək sağlamlıq, enerji və uzun ömür üçün sizin dostunuza çevrilə bilər. Ən önəmlisi isə onu hazırlamaq asandır və ailə büdcəsini yormur.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar