“Yollar bərbad vəziyyətdədir” – Xalq artisti OD PÜSKÜRDÜ
13 avqust 2024 14:47 (UTC +04:00)

“Yollar bərbad vəziyyətdədir” – Xalq artisti OD PÜSKÜRDÜ

“Nabran Azərbaycanın ən gözəl turizm potensialı olan rayonudur. Dağ, meşə, dəniz bir arada. Allah bu cür nemət verib, amma insanlarımız onu qiymətləndirməyi bacarmırlar. Nabran qədər baxımsız yer yoxdur. Meşələr, dəniz sahili çirkab içində, yollar bərbad”.

Bu fikirləri Lent.az-a Xalq artisti Naibə Allahvediyeva səsləndirib.

“Turistlər gələndə bizə lağ edirlər. Bu bir vətəndaş olaraq mənim xətrimə dəyir. Nə üçün bizdən məmnun getməsinlər, niyə bizi  pinti, heç nəyin qədrini anlamayan, qanacaqsız insanlar kimi tanısınlar? Turizm üçün buraya Allah hər neməti verib. Bir az əl gəzdirsələr, cənnətə çevrilər. Yollar bərbad vəziyyətdədir. Avtomobillə gedirsən, bütün bədənin silkələnir, çala-çuxura düşməkdən. Sahilin, meşənin təmizliyinə vətəndaşlar da cavabdehdir, anlayıram, amma nəzarət edən bir qurum mütləq var. Buraların baxımsız vəziyyətdə olduğu dərhal görünür. Elektrik xətləri köhnədir, tez- tez sıradan çıxır. Xahiş edirəm, bu məsələyə əncam eləsinlər. Bir turizm cənnətini itirməyək”,- deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisanın Nabranda bağ evi var və o hər yayı Nabranda  keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3690
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar