Yazıçılar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanın ziyarət etdilər
17 iyun 2014 10:30 (UTC +04:00)

Yazıçılar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanın ziyarət etdilər

 

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, üzvləri, xaricdən gələn qonaqlar Fəxri Xiyabanda Heydər Əliyev və oftalmoloq-alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Lent.az-ın məlumatına görə, yazıçılar daha sonra xalq şairləri Səməd Vurğun, Rəsul Rza, xalq yazıçıları İmran Qasımov və digərlərinin məzarları üstünə gül dəstələri qoyublar.

 

AYB-in üzvləri və qonaqlar Şəhidlər Xiyabanını da ziyarət ediblər.

 

Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında Azərbaycan yazıçılarının 12-ci qurultayı keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar