5 dəqiqəyə hazırlanan şokoladlı fincan keksi - RESEPT
04 sentyabr 2025 19:24 (UTC +04:00)

5 dəqiqəyə hazırlanan şokoladlı fincan keksi - RESEPT

0

Bəzən insan qəfil şirniyyat istəyi ilə qarşılaşır, amma tort və ya keks bişirmək üçün nə vaxt, nə də səbri qalır. Belə anlarda köməyimizə gələn ən sadə və ən tez hazırlanan desertlərdən biri “Mug Cake” fincan keksidir. Bu desertin ən gözəl tərəfi odur ki, heç bir mikserə və ya xüsusi avadanlığa ehtiyac yoxdur, sadəcə bir fincan və mikrodalğalı soba kifayətdir. Cəmi 5 dəqiqə ərzində isti-isti şokoladlı keksin dadını çıxara bilərsiniz. Üstəlik, istəyə görə üzərinə meyvə, dondurma və ya krem əlavə edərək daha da gözəl hala gətirmək mümkündür.

Lent.az bu keks reseptini sizə təqdim edir:

Lazım olan ərzaqlar (1 fincan üçün):

4 x.q. un

3 x.q. şəkər tozu

2 x.q. kakao tozu

1/4 ç.q. qabartma tozu

Bir çimdik duz

3 x.q. süd

2 x.q. duru yağ (məsələn: günəbaxan yağı və ya kokos yağı)

1/4 ç.q. vanilin (istəyə görə)

1 x.q. şokolad parçaları (opsional, daha çox şokoladlı dad üçün)

Hazırlanma qaydası:

Quru ərzaqları qarışdır:
Böyük mikrodalğalı sobaya uyğun fincanda un, şəkər, kakao, qabartma tozu və duzu qarışdır.

Maye ərzaqları əlavə et:
Süd, yağ və vanilini əlavə edib yaxşıca qarışdır ki, xəmir tam homogen olsun.

Şokolad əlavə et (istəyə görə):
Xırda doğranmış şokolad və ya damla şokolad qat.

Bișirmə:
Mikrodalğalı sobada təxminən 1,5–2 dəqiqə bişir. (Müddət sobanın gücünə görə dəyişə bilər – çox bişirmə, yoxsa quru olar).

Soyuma:
Bir az soyumasını gözlə, sonra isti-isti desertini ye.

Kiçik sirrlər 

Üzərinə azca şəkər pudrası, dondurma və ya meyvə əlavə etsən, restoran deserti kimi görünəcək. Daha “lava cake” effekti üçün sobada bir az az saxla ortası nəmli qalacaq. Pəhriz versiyası üçün şəkəri bal və ya şəkərsiz şokoladla əvəz edə bilərsən.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar