İyulun 25-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, SSRİ xalq artisti Əjdər İbrahimovun 95 illik yubileyi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinləniləcək.
Sonda rejissor Nizami Abbasın ekranlaşdırdığı Əjdər İbrahimova həsr edilmiş “Narahat adam” sənədli filmi nümayiş olunacaq.
Qeyd edək ki, yubiley Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.