Vaqif Səmədoğludan <span style="color:red;">YENİ XƏBƏR
14 avqust 2014 16:37 (UTC +04:00)

Vaqif Səmədoğludan YENİ XƏBƏR

“Vaqif müəllimin vəziyyəti orta stabildir. Hazırda müalicəsi davam edir”. Lent.az-ın xəbərinə görə, bu sözləri musavat.com-a xalq şairi Vaqif Səmədoğlunun səhhəti barədə danışan xanımı Nüşabə Vəkilova bildirib. 

 

N.Vəkilovanın sözlərinə görə, şair hazırda onkoloji klinikadadır: “Həftədə iki dəfə onkologiyaya gedirik, müalicəsini alıb evə qayıdır. Özünü yaxşı hiss edir. Şükür ki, yemək yeyir, gəzir, arabir internetə girir, qəzetlərə baxır”.

 

V.Səmədoğlu ölkə başçısının maddi dəstəyi ilə İsraildə müalicə olunub. O, bədxassəli şişdən əziyyət çəkir.

 

V.Səmədoğlu 1939-cu il iyunun 5-də Bakıda, şair Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Əsərlərinə filmlər, teletamaşalar çəkilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1639

Oxşar yazılar