
Kim qalib gəlsə... kinonu o çəkəcək
Azərbaycanda kino senari müsabiqəsi elan olunacaq. Bu barədə Mədəniyyət naziri Əbülfəz Qarayev Xəzər televiziyasına müsahibəsində məlumat verib. Nazir bildirib ki, dövlətin kinoya ayırdığı 5 milyon manat yalnız kinoya və onun inkişafına sərf ediləcək. “Yeni filmlərin çəkilməsi üçün isə biz kino senari müsabiqəsi elan etməkdən başlamağı planlaşdırırıq. Müsabiqə nəticəsində seçilən senarilərə film çəkiləcək”.
Xatırladaq ki, ölkə başçısının 1 mart 2019-cu il tarixli sərəncamına əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılıb.
Oxşar yazılar

Hər kəsin haqqında danışdığı 10 yeni serial -VİDEO
22 aprel 2025 , 12:24
Xalq rəssamı VƏFAT ETDİ
22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm
20 aprel 2025 , 19:23