Fevralın 2-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların əsərlərindən ibarət sərgi açılacaq. İttifaqdan Lent.az-a verilən məlumata görə, sərgidə 29 yaşınadək rəssamların əsərləri nümayiş olunacaq.
Qeyd ed’k ki, sərgi 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilib. İştirak etmək istəyən rəssamlar yeni əsərlərini yanvarın 29-dək Rəssamlar İttifaqına təqdim etməlidirlər.