Bu gün Gənc Tamaşaçılar Teatrında “Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası” mövzusunda görüş keçirilib. Lent.az-ın məlumatına görə, görüşdə teatrın direktoru Mübariz Həmidov, teatrın baş rejissoru, Bəhram Osmanov, sənətşünaslıq doktoru Məryəm Əlizadə və başqa sənət adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan M. Həmidov iştirakçıları Beynəlxalq Teatr günü münasibətilə təbrik edərək bu günün mahiyyəti, teatrımızın dünya teatr məkanına inteqrasiyası haqqında danışıb.
Qeyd edək ki, Beynəlxalq Teatr Günü 1961-ci ildə dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə həyata keçirilmiş konqresdə təsis olunub. Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü ilə 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilən qərara əsasən, hər il martın 27-i Beynəlxalq Teatr Günü kimi qeyd olunur.