Beynəlxalq Turizm Filmləri Festivalında baş münsif Ayaz Salayev olacaq
24 iyun 2014 14:46 (UTC +04:00)

Beynəlxalq Turizm Filmləri Festivalında baş münsif Ayaz Salayev olacaq

İyunun 25-dən 29-dək keçiriləcək II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının beynəlxalq münsiflər heyətinin tərkibi açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyindən Lent-az-a verilən məlumata görə, filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycandan (Ayaz Salayev, Aynur Talıbova və Vüqar Şıxəmmədov), 4 üzvü isə xarici ölkələrdəndir (Aleksandr Kammel, Spomenka Saraqa, Tofiq Şahverdiyev, Can Özbatur).

 

Münsiflər heyətinin sədri Ayaz Salayevdir. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə - Qızıl mükafat – diplom, mükafat və 2000 avro pul, II yerə - Gümüş mükafat – diplom və mükafat, III yerə - Bürünc mükafat – diplom və mükafat təqdim ediləcək.
 

Festivalın ən yaxşı filminə isə “QRAN PRİ” – diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.


Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi tərəfdaşlarından biri “APA Holdinq”dir. Festivalın təşkilati işlərini “Azanfilm” studiyası həyata keçirir. Festivalın müsabiqə proqramında 37 ölkədən 68 film mübarizə aparacaq. Proqramla və münsiflər heyətinin üzvləri ilə daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21