Bakıda “28 Cinema” kinoteatrında Yaponiya filmləri festivalı keçiriləcək. Kinoteatrdan Lent.az-a verilən məlumata görə, iyunun 20-dən 23-dək davam edəcək festival Yaponiyanın Azərbaycandakı səfirliyinin və “28 Cinema” kinoteatrının birgə təşkilati dəstəyi və “JTİ” şirkətinin sponsorluğu ilə baş tutacaq.
Yapon dilində nümayiş olunacaq filmlər rus dilində alt yazı ilə təqdim ediləcək.
Festivalın davam edəcəyi dörd gün ərzində saat 13:00-da və 19:30-da “Hankyu qatarı”, “Xəttat qızlar”, “16 yaşlılar üçün Buşido”, “Məndən sənə”, “Xoşbəxt uçuş” filmləri nümayiş olunacaq.
Festival çərçivəsində göstəriləcək filmlərə giriş sərbəstdir.