Tailand Krallığının təklifi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 12 iyul 2013-cü il tarixində Bakı şəhərində “Tailand Təcrübəsi 2013” adlı mədəni tədbir keçiriləcək. Lent.az-ın məlumatına görə, Tədbir Tailandın tarixi-mədəni irsinin Azərbaycan ictimaiyyətinə çatdırılması, o cümlədən də Azərbaycan və Tailand xalqları arasında ikitərəfli dostluq əlaqələrinin və mədəni əməkdaşlığın əsasının qoyulması və möhkəmləndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, “Tailand Təcrübəsi 2013” mədəni tədbiri 12 iyul saat 18:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.