Türk filmlərinin “Yumrucağ”ı danışdı – “Səhnədə doğulub, səhnədə böyümüşəm”
02 fevral 2023 15:48 (UTC +04:00)

Türk filmlərinin “Yumrucağ”ı danışdı – “Səhnədə doğulub, səhnədə böyümüşəm”

Türkiyənin tanınmış aktyoru, azərbaycanı tamaşaçılara daha çox “Arka sokaklar” serialındakı  Engin komissar rolu ilə tanış olan aktyor İlkər İnanoğlu maraqlı açıqlama verib. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, İlker İnanoğlu bir zamanlar “Yeşil Çam”da çəkilən “Yumrucaq” silsiləli filmlərin baş rolunda oynayıb.

Aktrisa Hülya Koçyigitin müəllif proqramına qonaq olan İlkər İnanoğlu keçmiş xatirələrindən, anasının onu aktyor kimi görmək istəməməsindən danışıb.

“Yumrucaq” rolunun yaranmasında atamın əməyi vardı. Həmin dövrdə İtaliyada uşaqlar haqqında filmlər çəkilirdi, uğur qazanırdı. Atam o zamanlar film istehsalçısı kimi tanınırdı, o, Yumrucaq obrazının yaranmasını irəli sürdü. Aktyor axtarmaq üçün uzağa getmədilər. Mən bu rol üçün çox uyğun idim. Balaca, yaraşıqlı, sarışın, uşaq idim. Ekranlarda görünməyə 3 yaşımda başlamışdım. Əsasən anamla eyni filmlərdə oynayırdım deyə çəkiliş qrupuna  heç bir çətinlik yaratmırdım. Dünyaya səhnədə göz açıb, səhnədə böyümüşəm desəm, yeri var”,- deyə aktyor qeyd edib.

İlkər İnanoğlu məşhur aktrisa Filiz Akın və film istehsalçısı Türker İnanoğlunun oğludur.

# 2286
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar