"Tualet təmizləyən" başgicəlləndirən uğur qazandı
31 yanvar 2024 13:37 (UTC +04:00)

"Tualet təmizləyən" başgicəlləndirən uğur qazandı

Vim Vendersin yeni filmi "Gözəl günlər" müxtəlif film festivallarında mükafat toplamağa və kassa gəlirlərini artırmağa davam edir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Tokioda  yaşayan və tualetləri təmizləyən kişi haqqında film artıq Kannda mükafat qazanıb və Yaponiya tərəfindən “Oskar” mükafatına namizəd olub. 

Rejissor Vim Venders pandemiyadan dərhal sonra iş adamı və prodüser Koji Yanayın dəvəti ilə Tokioya gəlib. Vendersdən Şibuya bölgəsindəki ictimai tualetlərin təmiri layihəsi haqqında bir sıra qısametrajlı filmlər çəkməyi xahiş ediblər. Lakin o bədii film çəkmək qərarına gəlib. Baş rol oyunçusu  Koji Yakuse isə Ən Yaxşı Aktyor mükafatına layiq görülüb. 68 yaşlı Koji Yakuse adi tualet təmizləyən haqqında filmə çəkilərkən belə bir uğur qazanacaqlarını gözləmədiyini bildirib.

# 3309
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar