Tarixi abidələrə kənar şəxslər daxil olur-Dövlət Xidməti
06 avqust 2023 10:43 (UTC +04:00)

Tarixi abidələrə kənar şəxslər daxil olur-Dövlət Xidməti

İstifadə olunmayan bəzi tarixi abidələrə kənar şəxslərin daxil olması ilə bağlı faktlar qeydə alınıb.

Bu barədə Lent.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən xəbər verilib.

Dövlət Xidməti bununla bağlı bildirir ki, tarixi abidələrin mühafizə tədbirlərinin gücləndirilməsi istiqamətində müvafiq addımlar atılacaq: “Tarixi abidələrin mühafizə tədbirlərinin artırılması üçün aidiyyəti dövlət orqanları ilə, xüsusi mülkiyyətdə olan abidələrin isə həm də mülkiyyətçiləri ilə birgə tədbirlər görülməsi nəzərdə tutulur. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Bir daha vətəndaşlarımızı tarixi abidələrimizin qorunmasına həssas yanaşmağa çağırır, bu sahədə qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3507
avatar

Oxşar yazılar