Pikassonun əsərindəki  gizli qadın   ortaya çıxdı
11 fevral 2025 18:47 (UTC +04:00)

Pikassonun əsərindəki gizli qadın ortaya çıxdı

İspan rəssam Pablo Pikassonun bir tablosunu araşdıran sənət tarixçiləri, tablonun səthinin altına gizlənmiş gizli bir qadın portretini ortaya çıxarıblar. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qadının portreti, Pikassonun 1901-ci ildə, çox güman ki, bir neçə ay sonra, heykəltəraş dostu Mateu Fernandez de Sotonu mavi və yaşıl tonlarında bir masada oturarkən çəkdiyi şəkildə itib. 

Təxminən 125 il sonra, orijinal portretin əsas xətləri Londondakı Courtauld Sənət İnstitutu tərəfindən bir sərgi öncəsi infraqırmızı və X-ray görüntüləmə istifadə edilərək araşdırıldığında ortaya çıxıb. 

Courtauld Qaleriyası baş mütəxəssisi Barnabi Rayt, infraqırmızı kameranın bir görüntünü mozaik kimi taraması nəticəsində qadının portretinin "tam mənasıyla gözlərimizin önündə canlandığını" söyləyib. 

Qadının kimliyini tapmağa çalışdıqlarını bildirən Rayt bu ifadələri işlədib: "Əbədi olaraq bir anonim model olaraq qala bilər. Picasso üçün model olmuş biri də ola bilər, bir sevgili də ola bilər, bir dost da ola bilər".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840

Oxşar yazılar