"Payitaht Abdülhamid"in Tahsin Paşası Bakıya gəlir!
29 mart 2023 17:55 (UTC +04:00)

"Payitaht Abdülhamid"in Tahsin Paşası Bakıya gəlir!

Türkiyənin məşhur siması, "Payitaht Abdülhamid" filmində Tahsin Paşa obrazı ilə ürəkləri fəth edən Bahadır Yenişehirlioğlu Bakıya gəlir. 

Lent.az xəbər verir ki, mənəvi söhbətləri ilə daim diqqət çəkən Bahadır Yenişehirlioğlu,  "İftar Öncəsi" başlıqlı görüşü ilə sevənlərinin qarşısına çıxacaq. 

Bakıya ilk dəfədir ki, gələcək olan Bahadır Yenişehirlioğlu, Ramazan ayının mənəvi söhbətləri, Mövlana şeirləri və La Tahzen (üzülmə) mövzularında çıxış edərək ruhunuza qida olacaq. Bir vaxtlar TRT1-də yayımlanan Payitaht Abdülhamid filmində "Tahsin Paşa" obrazı ilə tanınan ədib,  dini söhbətləri ilə də seçilməyi bacarır.

Son vaxtlar Türkiyə telekanallarında fəlsəfi fikirləri ilə gündəmdə olan Yenişehirlioğlu, gələn qonaqlara öz dilindən xüsusi Ramazan duası da oxuyacaq.

Excevent şirkətinin təşkilatçılığı ilə təşkil olunacaq tədbir, 15 aprel 2023-cü il saat 16:00- da Badamdar Estates (red. əvvəlki adı Pulman Otel) otelin konfrans zalında keçiriləcək.  

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall və ASAN Xidmət mərkəzlərindən, həmçinin www.iticket.az saytından əldə edə bilərsiniz.

Tələsin yerlər məhduddur. 

Əlavə məlumat üçün 0772335576 ilə əlaqə saxlayın.

# 1779
avatar

Oxşar yazılar