Mixail Bıçkov
06 yanvar 2022 17:44 (UTC +04:00)

Mixail Bıçkov

Məşhur aktyor VƏFAT ETDİ

"Kin-dza-dza!" filmi ilə tanınan sovet və rus teatr – kino aktyoru Mixail Bıçkov 72 yaşında vəfat edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat yayıb.

Bıçkovun oğlu atasının Yeni ili ailəsi ilə qarşıladığını deyib. Səhər isə həyat yoldaşı onun cəsədini tapıb.

Onun təbii səbəbdən öldüyü müəyyənləşdirilib.

Mixail Bıçkov “Kin-dza-dza!”, “Pokrovski qapıları”, “On iki stul”, “Boris Qodunov” filmlərindəki rolları ilə tanınır. Aktyor ümumilikdə 50 filmdə rol alıb, 70 tamaşada, üç operada və iki balet tamaşasında iştirak edib.

# 1389
avatar

Oxşar yazılar