Mahsun Kırmızıgül “Prestij meselesi”nə görə düşən qalmaqala aydınlıq gətirdi
25 yanvar 2023 18:47 (UTC +04:00)

Mahsun Kırmızıgül “Prestij meselesi”nə görə düşən qalmaqala aydınlıq gətirdi

2003-cü ildə vəfat etmş prodüsser Hilmi Topaloğlunun oğlu Volkan Topal tanınmış müğənni və rejissor Mahzun Kırmızıgülü çəkdiyi “Prestij məsələsi” filminə görə məhkəməyə verib. 

Lent.az xəbərinə görə, Volkan Topal bildirib ki, filmdə atasının şəxsiyyətinə toxunan səhnələr yer alıb, buna görə filmin nümayişi dayandırılmalıdır.

 Mahzun Kırmızıgül Volkan Topalın bu iddasına media vasitəsilə cavab verib.

O bildirib ki, film çəkiləndə Hilmi Topaloğlunun ailəsindən icazə alınıb:

"Mən fəaliyyətə müğənni kimi başlamışdım. Bu ümid dolu yolçuluğumda Hilmi bəyə “böyük qardaş” demişəm, onun bizə etdiyi yardımı filmimdə canlandırmaq istəmişəm. Hilmi bəy onlarla istedadı kəşf edib, öz sehirli toxunuşlarıyla musiqi dünyasına ərməğan edib.

Filmdə Haluk Levent, Özcan Deniz kimi 90-cı illərdə ulduzu parlamış bir sıra sənətçilərin keçdiyi çətin və maraqlı yoldan bəhs etmişik. Filmi çəkmək arzum vardı, çəkdim. Çəkməzdən öncə Hilmi bəyin ailə üzvlərindən, yəni xanımı, iki oğlu və böyük qardaşından dəstək aldıq. Bu film Hilmi bəyin haqqında deyil, mənim həyat hekayəmdir. Bu hekayənin içində Hilmi bəyin də rolu var”,- o bildirib.

 “Prestij meselesi” fevralın 3-də tamaşaçılara təqdim olunacaq.

# 2247
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar