Türkiyənin tanınmış kinoaktyorları Kıvanc Tatlıtuğ və Serenay Sarıkaya yeni “Ailə” serialı ilə tamaşaçı qarşısına çıxacaqlar.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial Show TV ekranlarında yayımlanacaq. İlk anonslar, fraqmentlər artıq yayımlansa da, filmin tam olaraq nə zaman start götürəcəyi barədə məlumat verilmir.
Filmin ssenari müəllifi Hakan Bonomodur. İstehsalçı şirkət onlarla maraqlı serial ilə tamaşaçıların diqqətini çəkmiş “AY Yapım”dır.
Filmdə Canan Ergüder, Ushan Çakır, Umutcan Ütebay, Yüsra Geyik, Ece Simge Yurdatapan, Levent Ülgen, Emel Göksu və Nur Sürer kimi məşhur aktyorlar yer alıblar.