İlin filminin adı bəlli oldu – Hamı ŞOKDA, 358 milyon dollarlıq UĞUR  
25 dekabr 2020 16:08 (UTC +04:00)

İlin filminin adı bəlli oldu – Hamı ŞOKDA, 358 milyon dollarlıq UĞUR  

Bu il kinoteatrlar boş qaldı? Çoxu bu suala “hə” cavabını verər. Lakin vəziyyət heç də elə deyilmiş.

Lent.az sizə Rusiyanın vedomosti nəşrinə istinadən dünyada birinciyə çevrilən film barədə məlumat verir.

Kino sənayesi koronavirusdan ən çox zərər görən sahələrdən birinə çevrildi. Xüsusilə də kino kirayəsi sahəsi.

Dünyada ilin ilk yarısından əksər kinoteatrlar bağlı oldu. Hətta böyük efirlərin, salonların ən inadkar pərəstişkarları belə evdə serialları izləməyə vərdiş etdilər.  

İş o yerə gəlib çatdı ki, peşəkarlar bəhsə girdilər ki, hansı film bu vəziyyəti dəyişə biləcək? Yayın ortalarından nəhayət bu filmin adı bəlli oldu – “Dovod”. Rejissor Kristofer Holanın bu filminin çəkilişi əslində 2019-cu ilin mayında başlamışdı. Pandemiya səbəbi ilə çəkilişlər bir neçə dəfə təxirə düşdü.

"Dovod" filminin yayım tarixi

Film beynəlxalq səviyyədə 2020-ci il 26 avqustda tanındı və 70 ölkəyə satıldı. İlk yayıldığı ölkələr - Amerika Birləşmiş Ştatları, Rusiyada və Çin. İstehsalı üçün 200 milyon dollar xərclənən bir filmi pandemiya dövründə kinoteatrla vermək çox böyük risk idi. Lakin Holan bildirdi ki, hətta batmağa belə razıdır, təki kino sənayesinə bir dəstək olsun.

Rejissor Kristofer Holan və baş rol ifaçısı aktyor Con Devid

Onlar bu filmlə bağlı nəinki uduzdular, hətta qalib oldular. Hamı bu nəticəyə görə şokda idi. Kino sahəsində kilidlənmədən sonra ilk Hollywood bombardiri oldular. “Dovod” dünya səviyyəsində 358 milyon dollar qazandı.

Bu film Rusiyanın vedomosti nəşrinin keçirdiyi sorğuda da qalib olaraq "İlin filmi" seçildi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13452
avatar

Oxşar yazılar