Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış pianoçu və Beynəlxalq müsabiqələr laureatları Daniil Kirillov və Anna Rasinanın təqdimatında "Universum" adlı konsert proqramı baş tutub.
Lent.az-ın xəbərinə görə, ilk dəfə Gəncədə baş tutan konsertdə gənc musiqiçilər V.A.Motsartın"Sehirli fleyta" operasından uvertüra, fortepiano üçün sonata (4 əl), İ.S.Baxın iki xor prelüdü: "Jesus bleibet meine Freude" və "Shafe können, Sicher weiden", L.V.Bethovenin "Ich denke dein" mövzusunda 6 variasiya, P.Maskanyinin "Kənd namusu" operasından intermezzo, F.Mendelsonun "Bir yay gecəsi yuxusu"ndan skertso, S.Raxmaninovun 4 pyesini ifa ediblər.
Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.