"Eurovision 2025"in mahnıları:   Ən çox   hansı dinlənilir?
17 mart 2025 13:29 (UTC +04:00)

"Eurovision 2025"in mahnıları: Ən çox hansı dinlənilir?

Beynəlxalq "Avroviziya-2025" mahnı müsabiqəsi may ayında start götürəcək. 

Lent.az xəbər verir ki, bu ilki şouda 38 ölkə iştirak edəcək və onların əksəriyyəti artıq nümayəndələrini və mahnılarını elan edib.

Buna görə də hazırda Avroviziya azarkeşləri və bukmekerlər təkcə gələcək qalibə mərc etməklə kifayətlənmir, həm də iştirakçıların mahnılarını populyar axın platforması olan Spotify-da fəal şəkildə dinləyirlər.

Dinlənilmə sayına görə liderlik İsveçin KAJ qrupunun "Bara Bada Bastu" mahnısına məxsusdur. Bu mahnıya artıq bir milyondan çox dəfə qulaq asılıb.

İkinci yerdə İtaliyanı təmsil edən Lucio Corsinin "Volevo essere un duro" mahnısı qərarlaşıb. Bu mahnı 409 mindən çox dəfə dinlənilib.

Üçüncü yeri hollandiyalı müğənni Claude və onun "C'est La Vie" mahnısı tutur. Ona 267 mindən çox dəfə qulaq asılıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisinin "Run With U" müsabiqə mahnısı 23 mindən çox dinlənilib və hazırda "Spotify"da açıqlanan 34 iştirakçı mahnısı arasında 29-cu yerdə qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37