Əməkdar artistin vəziyyəti ağırlaşdı, nəfəs ala bilmir
12 sentyabr 2024 16:54 (UTC +04:00)

Əməkdar artistin vəziyyəti ağırlaşdı, nəfəs ala bilmir

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhəti pişləşib.

Bu barədə Lent.az-a teatrın məsul şəxslərindən olan İsmayıl Atakişiyev məlumat verib.

O bildirib ki, 68 yaşlı aktyorun onurğasında 3 ay öncə xərçəng xəstəliyi aşkarlanıb.

"Müalicə olundu, amma sağalmadı. İndi evdədir, həkimlər deyir ki, artıq edəcək heç nə qalmayıb. Nəfəs ala bilmir, vəziyyəti getdikcə ağırlaşır. Biz teatr olaraq tez-tez ona baş çəkirdik ki, bir az fikri dağılsın. Amma sağaltmağı bacarmadıq”,- deyə o bildirib.

İsmayıl Atakişiyevin dediyinə görə, bu müddət ərzində teatrın rəhbərliyi, kollektiv aktyorun ailəsinə maddi dəstək göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 84129
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar