Dayısının evini yardı:   uşaq üçün… - “Oğruların divanı”
18 mart 2024 18:08 (UTC +04:00)

Dayısının evini yardı: uşaq üçün… - “Oğruların divanı”

“De Media” şirkəti "Oğruların divanı" adlı yeni qısametrajlı filmini yayımlayıb.

Bu barədə Lent.az-a şirkətdən məlumat verilib.

Filmin ssenari müəllifi və rejisoru tanınmış videobloger Bahadur Seyidovdur.

“Film sosial yönümlü olmaqla yanaşı, həm də böyük tərbiyəvi əhəmiyyət daşıyır. Bir divanın sifarişlə gətirilməsindən başlayan filmdə maraqlı hadisələr baş verir. Ən maraqlı səhnələrdən bir isə oğruların törətdikləri əməldən sonra namaz qılaraq günahlarının bağışlanmasını diləmələridir”, - B.Seyidov bildirib.

Film qəhrəmanı dostları ilə bir uşağı xilas etmək üçün dayısının evindən oğurluq edir.

Rollarda Bahadur Seyidov, Adil Bisavad, Zamin Mürsəlov, Emin Məmmədov, Vaqif Namazov, İlqar Mənsimzadə, İlham Tumas və başqaları çəkiliblər.

# 2379
avatar

Oxşar yazılar