Azərbaycanın "Avroviziya 2025" təmsilçisinin ilk canlı çıxışı oldu
06 aprel 2025 11:46 (UTC +04:00)

Azərbaycanın "Avroviziya 2025" təmsilçisinin ilk canlı çıxışı oldu

Azərbaycanın "Avroviziya 2025" mahnı müsabiqəsindəki təmsilçisi Mamagama qrupu Niderlandın paytaxtı Amsterdamda keçirilən ənənəvi “Eurovision in Concert” tədbirində iştirak edərək ilk dəfə canlı çıxışını gerçəkləşdirib.

Lent.az-ın xəbərinə görə, "Mamagama" qrupu səhnədə "Avroviziya 2025" üçün təqdim etdiyi “Run With U” adlı mahnısını canlı şəkildə ifa edilib.

Konsertdən əvvəl baş tutan mətbuat konfransı zamanı isə "Mamagama" qrupu müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin suallarını cavablandırıb, öz yaradıcılıqları, Avroviziya təcrübəsi və musiqi mesajları barədə ətraflı məlumat verib. Təmsilçilər eyni zamanda, digər iştirakçılarla da tanış olaraq müsabiqə öncəsi münasibət qurublar.

Qeyd edək ki, hər il baş tutan, Avroviziya mövsümünün simvolik tədbirlərindən biri kimi tanınan “Eurovision in Concert” müsabiqə öncəsi təmsilçilərə geniş auditoriya qarşısında özlərini təqdim etmək, ifalarını sərgiləmək və media ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradır. Bu il tədbirdə 27 ölkənin təmsilçisi çıxış edib.

Tədbirin təşkilatçılarına görə, bu il "Eurovision in Concert" üçün 6000-dən artıq bilet satılıb. Əsas auditoriyanı Avropanın müxtəlif ölkələrindən gəlmiş Avroviziya azarkeşləri təşkil edir.

Xatırladaq ki, "Avroviziya 2025" mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və Mamagama qrupu may ayında baş tutacaq şounun birinci yarımfinalında 10 nömrə altında səhnə alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1942

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37