“Axilles dabanı”   nə deməkdir - Belə yaranıb
11 iyun 2024 16:38 (UTC +04:00)

“Axilles dabanı” nə deməkdir - Belə yaranıb

Birinin zəif nöqtəsi barədə danışanda “Axilles dabanı” ifadəsi işlədilir. Niyə Axilles, niyə məhz daban? Axı daban insanın ən dözümlü bədən üzvüdür, bütün yükü o çəkir desək, yeri var.

Lent.az “Belə yaranıb” rubrikasında daha bir məşhur deyimin mənşəyi barədə məlumat verir.

Bu ifadə yunan əfsanələrindən qaynaqlanır.

Əfsanəyə görə, dəniz ilahəsi oğlu Axillesin güclü və ölümsüz olması üçün anası onu Stiks çayının müqəddəs sularında çimizdirir. Bu çaya insana ölümsüzlük verən sehirli köpüklü su yüz ildə bir dəfə gəlirmiş (Bənzər motivə Koroğlu dastanının əvvəlində də rast gəlinir). Körpəsinin ölümsüzlük qazanması üçün onu dabanından tutub başı üstə suya salır. Uşağın  bir dabanından başqa hər yeri islanır. Ox batmaz, qılınc kəsməz döyüşçü Axillesin bədənində tək bir zəif nöqtə olur - dabanı. Gəncliyində ilahələrdən biri onun yalnız dabanından dəyən zəhərli oxla öldürülə biləcəyi barədə  xəbərdarlıq edir. 

Troya müharibəsində Axilles dabanından dəymiş zəhərli ox nəticəsində həlak olur. 

O gündən sonra bədii ədəbiyyatda "Axilles dabanı" kimi bir bədii ifadə işlədilir. Bu insanın və ya hansısa dövlətin zəif, tez sınan cəhəti anlamına gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8592
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar