Araza Ağalarov və Müslüm Maqomayev
03 may 2021 03:12 (UTC +04:00)

Araza Ağalarov və Müslüm Maqomayev

Araz Ağalarov Müslüm Maqomayevlə dostluğundan DANIŞDI

Azərbaycanlı iş adamı, müğənni Emin Ağalarovun atası Araz Ağalarov böyük bznesə ilk addımını Bakıdakı bir telefon stansiyasında işləməklə başlayıb.

Lent.az xəbər verir ki, o, həmin vaxt artıq tanınan müğənni Müslüm Maqomayevlə tanış olub. 

Maqomayev Ağalarovdan 13 yaş böyük olub, xalq tərəfindən sevilirdi, inanılmaz səsi ilə bütün dünyada tanınırdı. Ancaq sənətkarın şəxsi məsələlərdə köməyə ehtiyac duyduğu zaman müraciət etdiyi gənc Ağalarov olurdu.

O dövrdə Müslüm Maqomayev Tamara Sinyavskaya ilə yeni evlənmişdi, lakin qastrol səfərinə görə onunla tez-tez görüşə bilmirdi. Ağalarovdan sevgilisinə telefon danışmasını təşkil etməkdə köməklik göstərməsini istəyirdi.


“Maqomayev mənə zəng edib və üzrxahlıq edici bir səslə dedi: “Araz, bağışla, narahan edirəm, biz heç cür əlaqə yarada bilmirik... Kömək edə bilməzsən?” Onun üçün xahiş etmək çox çətin idi, utanırdı,  amma sevinclə sevgililəri birləşdirdim və telefon operatorlarının onların danışdıqlarını eşitməməsinə nəzarət etdim”, - biznesmen vurğulayıb.  

Müslüm Maqomayevlə əlaqə Araz Ağalarov Moskvaya köçəndən sonra da kəsilməyib. Zaman keçdikcə əsl dost da olublar.

“O, Moskvada səhnədən gedəndə və birdən-birə tək qalanda, həqiqətən, biz artıq yaxınlaşdıq. Xeyr, tamaşaçılar yenə də ona pərəstiş edirdilər, amma Maqomayev şöhrət zirvəsində olarkən yanında olan dostları dərhal yoxa çıxdılar və mənəvi dəstəyə ehtiyac duyduğunu hiss etdim. O zaman çox yaxınlaşdıq”, - Ağalarov söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4650
avatar

Oxşar yazılar