Ailəsi dağıntılar altında qalan məşhur aktyor göz yaşları içində yardım istədi
07 fevral 2023 12:12 (UTC +04:00)

Ailəsi dağıntılar altında qalan məşhur aktyor göz yaşları içində yardım istədi

“Yarğı” serialı ilə məşhurlaşan aktyor Uğur Aslan Hatayda baş vermiş zəlzələdə ailəsinin  demək olar ki, yarısını itirib.

Lent.az-ın  xəbərinə görə, sosial şəbəkədə kömək istəyən aktyor bildirib ki, zəlzələdən sonra böyük qardaşı, onun xanımı və digər qardaşlarının arvadlarının dağıntılar altında qalıb.

“Onlardan demək olar ki, ümidi kəsmişik. Çox pis bir gün keçiririk. Onlara vaxtında kömək edilmədi. Hörmətli valimiz zərərçəkənlərə yardım edilməsi üçün imkanların məhdud olduğunu söylədi. Mən ümidimi kəssəm də, yenə yardım istəyirəm. Xəbər, məlumat, maddi dəstək, hər kiçik təfərrüat önəmlidir. İnsanların çoxu öz gücləri hesabına həyatda qala bilib. Vəziyyət çox pisdir. Hatayın ciddi şəkildə yardıma ehtiyacı var. Hər kəsi köməyə çağırıram”- deyə o bildirib.

# 2295
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar