Adına mahnılar bəstələnən "Mihriban" kimdir? -  Bir türkünün tarixçəsi
02 dekabr 2022 19:02 (UTC +04:00)

Adına mahnılar bəstələnən "Mihriban" kimdir? - Bir türkünün tarixçəsi

Lent.az  maraqlı insan taleləri barədə silsiləni davam etdirir.

Türk dünyasında sevilən bir türkü var. Adı “Mihriban”dır. Neçə-neçə məşhur sənətkarın dilindən səslənib, neçə müğənniyə məşhurluq qazandırıb.

Sarı saçlarına deli gönlümü,
Bağlamıştın, çözülmüyor Mihriban.
Ayrılıktan zor belleme ölümü,
Görmeyince sezilmiyor Mihriban.

Bu türkünün maraqlı, daha doğrusu yanğılı bir tarixçəsi var. Türkü bir-birinə qovuşmayıb, ömürlərini həsrərtlə bitirmiş iki real aşiqin sevdası barədədir. Türkünün sözlərinin müəllifi Abdurrahim Karakoç aşiq olduğu qıza olan sevdasını töküb sətirlərinə.


1960-cı ildə Abdurrahim Karakoçun anadan olduğuğu Kahraman Maraşın Ekinözü kəndində bir toy qurulur, toy 3 gün 3 gecə davam edir. Toya başqa-başqa ellərdən  qonaqlar gəlir.

Kahraman Maraş şəhərindən toy evinə bir ailə də gəlir. Abdurrahim gələn qonaqların içində uzun sarı saçlı bir gözələ aşiq olur. Mehriban baxışlarına, şirin təbəssümünə görə adını çəkmədən onun adını özlüyündə Mihriban qoyur. Qızla tanış olsa da, dərdini deyə bilmir. 3 gün tamam olunca, qız ailəsi ilə birlikdə kənddən şəhərə öz evlərinə dönür. Abdurrahimin atası da qardaşları da şair, ozan idilər. Oğullarının sozalan halından eşqə düşdüyünü anlayan ailə Maraşa elçi gedir. Lakin Mihriban nişanlıymış. Dərdindən divanəyə dönən ozan Abdurrahim evdə Mihriban sözünün çəkilməsini yasaqlayır. 


Amma 7 il keçsə də, unuda bilmir.  Bir yanıqlı türkü  qopur sazının tellərindən. El-el yayılır. Eşitməyən qalmır. Təbii Mihriban da eşidir bu türkünü, şairə bir məktub göndərir. Cəmi bircə sətir yazır. “Unutmaq  asan deyil”.

O da unutmayıbmış, oğula, qıza qarışıb, amma  sevgisi də içində yaşayırmış. Cavab olaraq şair ikinci bir türkü yazır.

“Unutmak kolay deyil demə,
Unutursun Mihribanım”.

Abdurrahim də, Mihriban da  bu gün həyatda yoxdur. Lakin 60 illik bir mahnı bu sevgini, həsrəti özündə yaşadır.

# 1980
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Pol Makkartni haqqında film çəkiləcək

Pol Makkartni haqqında film çəkiləcək

6 fevral 2023 , 15:49
Tanınmış aktyor vəfat etdi - FOTO

Tanınmış aktyor vəfat etdi - FOTO

6 fevral 2023 , 14:37
Özünü Zeynəb Xanlarovaya oxşatdı, ömür boyu "heç kimim yoxdur" dedi – Unudulan məşhurlar

Özünü Zeynəb Xanlarovaya oxşatdı, ömür boyu "heç kimim yoxdur" dedi – Unudulan məşhurlar

4 fevral 2023 , 20:15
"Polis akademiyası" filminin komissarı ÖLDÜ

"Polis akademiyası" filminin komissarı ÖLDÜ

4 fevral 2023 , 18:33
Vulf Dornun Bakıda kitab təqdimatı  keçirildi

Vulf Dornun Bakıda kitab təqdimatı keçirildi

4 fevral 2023 , 16:31
Lənkəran Dövlət Dram Teatrının direktoru işdən çıxarıldı

Lənkəran Dövlət Dram Teatrının direktoru işdən çıxarıldı

4 fevral 2023 , 10:13
"Çelsi" derbidə xal itirdi

"Çelsi" derbidə xal itirdi

4 fevral 2023 , 03:41
Mətbuat katibi vəzifəli şəxsə qadağa qoya bilər? – Ekspertdən CAVAB

Mətbuat katibi vəzifəli şəxsə qadağa qoya bilər? – Ekspertdən CAVAB

3 fevral 2023 , 19:04