Uşaqlar üçün “Dörd əkizin nağılı” hazırlanıb
23 iyun 2020 18:21 (UTC +04:00)

Uşaqlar üçün “Dörd əkizin nağılı” hazırlanıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş olunacaq.

Lent.az xəbər verir ki, iyunun 27-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

Saat 14:00-da göstəriləcək səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

Qeyd edək ki, “Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5578

Oxşar yazılar