AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Şuşa şəhərinin ümumi görünüşünü əks etdirən fotosu qorunur.
Lent.az AMEA-ya istinadən xəbər verir ki, fotoşəkil XX əsrin əvvəllərinə aiddir. Azərbaycanın Qarabağ bölgəsinin dilbər guşəsi olan Şuşa özünəməxsus arxitekturası ilə fərqlənir. Mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.
Muzeydə saxlanılan bu şəkil Şuşa şəhərinin tarixinin tədqiq edilməsində mühüm əhəmiyyət kəsb edir.