Prezident Kəlbəcərdə  sakinlərlə görüşdü: Açarlar  təqdim edilib
21 avqust 2025 12:04 (UTC +04:00)

Prezident Kəlbəcərdə sakinlərlə görüşdü: Açarlar təqdim edilib

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Lent.az xəbər verir ki, sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.

 

***

10:03

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.

Lent.az xəbər verir ki, dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.

***

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

***

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar