40 il sonra həyətindən 2400 illik xəzinə tapdı
27 iyun 2024 17:39 (UTC +04:00)

40 il sonra həyətindən 2400 illik xəzinə tapdı

Fermerin 40 ildən sonra öz bağında tapdığı 2400 illik xəzinə diqqət çəkib. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Muğlanın Milas rayonunda yaşayan əkinçinin tarlasında təxminən 2400 il əvvələ aid tarixi əsər tapılıb.

Əkin sahəsini şumlayarkən böyük qaya parçası aşkar edən Əhməd Bakinin tapıntısı Milas muzey rəhbərliyinin sürətli hərəkətə keçməsinə səbəb olub.

Qaya parçasını təmizlədikdən sonra onun qədim əsər olduğunu anlayan Baki dərhal vəziyyəti səlahiyyətlilərə çatdırıb.

Milas muzey rəhbərliyi və yerli əhali ilə birgə aparılan təcili qazıntılar nəticəsində tapıntının  Miladdan öncə IV əsrə aid olduğu məlum olub.

Hələlik tapılmış sərdabənin içərisində nə olması barədə məlumat verilmir.

Əhməd Baki 40 ildir eyni bağda əkin-biçin işləri apardığını, lakin xəzinənin fərqində olmadığını deyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10305
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar