Ən qədim kitab mağazası olan Bertrand 1732-ci ildə Portuqaliyada fransız Pedro For tərəfindən təsis edilib.
Lent.az xəbər verir ki, mövcud olduğu təxminən üç yüz il ərzində mağaza zəlzələ, sel kimi bir çox təbii fəlakətlərlə yanaşı, vətəndaş müharibəsinin, doqquz kralın hakimiyyətinin, bir kralın qətlinin, respublikanın 16 prezidentinin hakimiyyətinin də şahidi olub.
Bundan əlavə, o, altı dövlət çevrilişi, üç respublika, iki dünya müharibəsi və Avropanın birləşməsini də görüb.
Bu illər ərzində Bertrand kitab mağazası şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib və bu gün o, 50-dən çox mağazası ilə Portuqaliyanın ən böyük pərakəndə satış şəbəkələrindən biridir.
Mağazalar şəbəkəsi ədəbiyyat və kitabların populyarlaşmasına diqqət yetirir. Portuqal ədəbiyyatı üzrə mütəmadi olaraq ədəbi qiraətlər, söhbətlər, yazı seminarları və kurslar keçirilir.