“Azdrama” Nika mükafatına layiq görüldü
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, festivalda İngiltərə, İspaniya, Fransa, İsrail, Estoniya, Qazaxıstan, Rusiya və Ukraynanın müxtəlif teatrları iştirak edib. Festival çərçivəsində Rusiya Teatr Məktəbinin (Estoniya, Tallin) “Smrax”, “Tribyon” Teatrının (İspaniya, Madrid) “Albalı bağı”, “Göy Nitsa” Lirika Teatrının (Fransa, Nitsa) “Buduarda melodrama”, Aşdod “Kontekst” Teatrının (İsrail, Aşdod) “Stullar”, Kiyev Akademik Gənc Tamaşaçılar Teatrının (Ukrayna, Kiyev) “Meşə nəğməsi”, A.S.Puşkin adına Rusiya Dövlət Akademik Dram Teatrının (Rusiya, Yakutsk) “Veroçka”, Krivoroj Musiqili-Plastik Sənətlər Teatrı – “Hərəkət Akademiyası”nın (Ukrayna, Krivoy Roq) “Əlvida, silah”, A.Seyfullin adına Karaqandin Vilayət Qazax Dram Teatrının (Qazaxıstan, Karaqandin) “Kiotoya yol”, Donetsk Vilayət Gənc Tamaşaçılar Teatrının (Ukrayna, Makeev) “Bal dadı”, V.S.Zaqoruyko adına Anqajement Gənclər Teatrının (Rusiya, Tümen) “Nosferatu” və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Xəcalət” tamaşaları nümayiş olunub, müzakirələr, mətbuat konfransları, müxtəlif görüşlər keçirilib.
Festivalda H.Mirələmovun “Xəcalət” tamaşası ilə çıxış edən Akademik Milli Dram Teatrının yaradıcı heyəti Qarabağ müharibəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması niyyətini gerçəkləşdirməyə nail olub. Teatrın yaradıcı kollektivi laureat adını qazanıb. Milli teatrımız bir sıra hədiyyə və mükafatlara, o cümlədən Ukrayna Teatr Xadimləri İttifaqının Diplomuna, Krım şəhəri başçısının təşəkkür diplomuna, ayrıca Nika mükafatına layiq görülüb. Teatrın direktoru İsrafil İsrafilov da Ukrayna Teatr Xadimləri İttifaqının xüsusi diplomu ilə təltif edilib.
Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin çıxışı böyük əks-səda doğurub. Beynəlxalq teatr festivalının rəsmi saytında “müasir dünyanın reallıqları ilə səsləşən” əsər kimi qiymətləndirilən “Xəcalət” tamaşası haqqında geniş şərhlər verilib.
Bəhram Osmanovun quruluşunda göstərilən tamaşada baş rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov və Xədicə Novruzlu çıxış ediblər.
Xəyalə Muradlı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11