“Cavad xan” Varşavada nümayiş olundu
Mədənyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Ulus Film” prodüser mərkəzinin təşkilatçılığı ilə “Cavad xan” filmi Polşanın paytaxtı Varşavada “Kino Kultura” kinoteatrında nümayiş olunub.
“Ulus Film” prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyovun Lent.az-a verdiyi məlumata görə, Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı nəticəsində nümayişdə müxtəlif dövlətlərin səfirliklərinin nümayəndələri, ziyalılar və incəsənət xadimləri, tələblər iştirak edib. Tədbiri ölkəmizin Polşadakı səfiri Həsən Həsənov açıb. Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı və xalq artisti Amaliya Pənahovanın çıxışları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən dərhal sonra yerli kinorejissorlar və prodüser mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilib.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11