Zəlimxan Yaqubun həyat və fəaliyyəti haqqında ilk biblioqrafik kitab buraxılıb
Birlikdən Lent.az-a verilən məlumata görə, “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından buraxılan “Zəlimxan Yaqub: Biblioqrafiya” adlı bu kitab xalq şairinin həyat və fəaliyyəti haqqında tərtib olunmuş ilk biblioqrafik göstəricidir. Biblioqrafiya 1966-2011-ci illəri əhatə edir. Zəlimxan Yaqub barədə fikir söyləmiş görkəmli şəxsiyyətlərin çıxışlarından və şairin öz yaradıcılığındakı hikmətli sözlərdən seçmələrlə başlayan kitabda bir neçə bölüm var - Əsərləri; Həyat və yaradıcılığı; Redaktə və tərtib etdiyi, ön söz yazdığı kitablar, məsləhətçi və redaksiya heyətində olduğu nəşrlər; Zəlimxan Yaqub dünya mətbuatında; Köməkçi göstəricilər.
Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün burada eyni zamanda “Zəlimxan Yaqubun əsərlərinin əlifba göstəricisi”, “Ədəbi-tənqidi və publisist məqalələrinin əlifba göstəricisi”, “Zəlimxan Yaqub haqqında yazan müəlliflərin əlifba göstəricisi” və “Redaktə və tərtib etdiyi, ön söz yazdığı, məsləhətçi və redaksiya heyətində olduğu nəşrlərin əlifba göstəricisi” adlı köməkçi bölmə də verilib.
Ədəbiyyatşünaslar, xalq yaradıcılığını tədqiq edənlər, kitabxanaçılar, biblioqraflar, ədəbiyyatsevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu vəsaitin tərtibçi-müəllifləri Şəhla Nağıyeva və əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru Mədinə Vəliyeva, ön sözün müəllifi Musa Nəbioğludur.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23