Azərbaycan IX Beynəlxalq Xalq Aşıqları Bayramında təmsil olunub
30 iyun 2011 15:06 (UTC +04:00)

Azərbaycan IX Beynəlxalq Xalq Aşıqları Bayramında təmsil olunub

TÜRKSOY-un dəstəyi ilə Ankara Xalq Aşıqları Mədəniyyət və Araşdırma Dərnəyi və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Ankarada IX Beynəlxalq Xalq Aşıqları Bayramı keçirilib.


Lent.az-ın məlumatına görə, bayramda Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Aşıq Solmaz Kosayeva təmsil edib. Beynəlxalq Xalq Aşıqları Bayramına qatılmaq üçün Ankaraya gedən aşıqlar TÜRKSOY-un baş qərargahına dəvət olunublar. Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək, aşıq sənətini davam etdirmək məqsədilə TÜRKSOY-un gördüyü işlərdən danışıb. Daha sonra Ankara Xalq Aşıqları Mədəniyyət və Araşdırma Dərnəyi tərəfindən Düsen Kaseinova saz hədiyə edilib. Ziyarətə Azərbaycandan aşıq Solmaz Kosayeva və Qazaxıstandan aşıq Asem Kızırbek qatılıb. Ziyarət TÜRKSOY-a həsr olunmuş filmin izlənməsi ilə başa çatıb.


Ankara Nazlıcan Türkü Evində, Hüseyingazi Türbe Konsert salonunda gerçəkləşdirilən IX Beynəlxalq Aşıqlar Bayramı Türkiyənin müxtəlif bölgələrindən qatılan sənətsevərlərin böyük marağına səbəb olub.


IX Beynəlxalq Xalq Aşıqları Bayramında seçilən şair və aşıqlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilib.

Xəyalə
# 1023

Oxşar yazılar