Qız Qalasının maketləri nümayiş etdiriləcək
Bu gün “Kiçik Karvansara”da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının təşkilatçılığı ilə İçəri Şəhərdə keçirilən “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi olub.
Lent.az-ın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşımaqla yanaşı, mədəniyyətlərarası dialoqa da öz layiqli töfhəsini verəcək.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Ceyhun Ağakişibəyli deyib ki, rəssamlar tərəfindən bəzədilmiş Qız Qalası maketləri Müasir İncəsənət Muzeyində nümayiş ediləcək.
“Qız Qalası” İncəsənət Qalereyasının müdiri Emin Məmmədov Festivalda rəssamlara uğurlar arzulayıb.
Açılışda ictimaiyyət nümayəndələri, ziyalılar və Mexiko Müasir İncəsənət Muzeyinin direktoru iştirak etmişdir.
Qeyd edək ki, bu gün 20 ölkəni təmsil edən rəssamlar Qız Qalasının qarşısındakı meydanda saat 14:00-dan başlayaraq Qız Qalası maketlərini və çərpələnglərin bəzənilməsinə başlayacaq.
Xatırladaq ki, 2010-cu ilin 26-29 may tarixlərində Birinci “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilib. Bu il yeni yaradılan maketlərlə yanaşı keçənilki maketlər də nümayiş etdiriləcək.

Oxşar yazılar
Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36