Görkəmli bəstəkarın xatirə gecəsi keçirilib
Lent.az-ın məlumatına görə, tanınmış mədəniyyət xadimləri və musiqiçilərin iştirak etdiyi tədbirdə ABİ-nin katibi, xalq artisti, professor Ramiz Zöhrabov unudulmaz sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib. O bildirib ki, Məmməd Quliyev əvvəlcə tar ifaçılığı ilə məşğul olub, sonradan bəstəkarlığa keçib. R.Zöhrabov onun dahi bəstəkar Qara Qarayevin tələbələrindən biri olduğunu xatırladaraq musiqi xəzinəmizın incilərindən sayılan simfoniyalarını təhlil edib.
Gecədə xalq artisti Uran Seyidov (I violin), Vadim Sandler (II violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıxdan (violonçel) ibarət Azərbaycan Dövlət Simli Kvartetinin ifasında bəstəkarın 3 hissəli “Simli kvarteti” səsləndirilib. Tanınmış vokalçı əməkdar artist Gülnaz İsmayılova pianoçu Məmməd Quliyevin müşayiəti ilə bəstəkarın Hüseyn Cavidin sözlərinə bəstələdiyi “Şeyx Sənan” və “Hər yer səfalı” balladalarını ifa edib.
Gecədə çıxış edən bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşov, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva və “Qobustan” jurnalının baş redaktoru Ələkbər Salahzadə bəstəkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin sonunda bəstəkarın həyat və yaradıcılığını əks etdirən sənədli film göstərilib.
Xəyalə

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26