“Anadolu atəşi” Bakı səhnəsini alovlandırdı -
Lent.az-ın məlumatına görə, iki günlük konsert zamanı rəqs kollektivi tamaşaçılara Türkiyənin müxtəlif əyalətlərinin rəqs və musiqilərini, eləcə də tarixini əks etdirən möhtəşəm şou nümayiş etdirib.
Qeyri-adi cəldliklə nümayiş etdirilən rəqs tempi, müsbət emosiyalar, rəngbərəng geyimlər “Anadolu atəşi”nin tamaşaçıya bəxş etdiyi xoş təəssüratlar olub. Onların çıxışları dünya şöhrətli “Riverdance” və “Lord of the Dance” rəqs kollektivlərinin çıxışından heç də geri qalmayıb.
“Anadolu atəşi”nin rəqs nömrələrinə təkcə etnik rəqs nümunələri aid deyil - burada göbək rəqsi, balet, müasir rəqslər də olub. Çıxışların temperamentini barabanların səsi, rəqqasların bir avazdan gələn təzahüratı daha da alovlandırırdı. Tamaşaçıların alqışı da əlavə olunduqca salonda ikiqat müsbət emosiya yaranırdı.
İki hissədən ibarət olan konsertin qayəsi Xeyirlə Şərin mübarizəsini göstərmək idi.
Qeyd edək ki, sözügedən kollektiv ən cəld çıxış edən musiqi kollektivi kimi “Ginness”in rekordlar kitabına düşüb. “Anadolu atəşi” Türkiyənin hüdudlarında tanınan yeganə kollektivdir. Onlar Amerika, Almaniya, Fransa, Belçika, İsveçrə, Yaponiya, Çin, Rusiya və digər ölkələrin səhnələrində uğurlu çıxışlar edib.
Lalə Yusifqızı

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26