Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yekunlaşdı
Lent.az-ın məlumatına görə, tədbirdə forumun baş məruzəçisi Katerin Fieski əsas nəticələr barədə danışıb.
Onun fikrincə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu uğurlu adlandırmaq olar: “Bakı müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşib. Burada İslam və digər dinlərin arasındakı qovuşma göz önündədir”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yekun nitqi ilə çıxış edib. O bildirib ki, bu, ilk təşəbbüs idi: “İnanmazdıq ki, bu tədbir böyük maraq doğura, bu qədər mövqeləri bir araya gətirə bilər. Bizim kifayət qədər fərqlərimiz var. Lakin hamımızın istədiyi bir şeydir ki, o da sülh, xoşbəxtlik və çiçəklənmədir”.
Nazir ölkə prezidenti İlham Əliyev adından tədbirin bütün təşkilatçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, iki gün ərzində forumda edilən çıxışlar və məruzələr kitab şəklində çap olunacaq.
Bağlanış mərasimindən sonra mətbuat konfransı keçirilib.
Xəyalə MURADLI

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06