Ağa Əli İbrahimovun ilk sərgisi açıldı – FOTOLENT
Lent.az-ın məlumatına görə, sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Ağa Əli İbrahimovun yaradıcılığını yüksək qiymətləndirib. O bildirib ki, 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edən rəssamın əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. Lakin uzun illərdir ki, rəngkarlıq sahəsində yorulmadan çalışan tanınmış fırça ustasının yaratdığı sənət əsərləri indiyədək geniş tamaşaçı auditoriyasına təqdim edilməyib. Təxminən 45 illik bədii yaradıcılıq fəaliyyəti ərzində ilk dəfədir rəssamın fərdi yaradıcılıq sərgisi keçirilir.
Mərasimdə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, xalq artisti Arif Məlikov, sənətşünas Ziyadxan Əliyev Ağa Əli İbrahimovun yaradıcılığından söhbət açıblar.
Ağa Əli İbrahimov belə bir sərgini təşkil etdiyinə görə Mədəniyyət və Turizm nazirliyinə öz minnətdarlığını bildirib: “Həyatımda ilk dəfədir ki, fərdi sərgim keçirilir. Məndən olsaydı, hələ də sərgim açılmazdı. Amma 65 illik yubileyimlə əlaqədar nazir Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev və Fərhad Xəlilov belə qərara gəldilər ki, bu sərgi baş tutsun. Bu gün 1960-cı ildən bu günə qədər yaratdığım əsərlərin bir hissəsi nümayiş olunur. Təbii ki, bu nə vaxtsa olmalı idi. Amma heç bilməzdim ki, belə bir sevinc yaşayacağam”.
Sərgidə xalq rəssamının 40 əsəri nümayiş olunur. Sərgi aprelin 12-dək davam edəcək.
Xəyalə Muradlı

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39