Zəlimxan Yaqub: “İstedadına güvənən gənclər bizə müraciət etsinlər” - FOTO
Lent.az-ın məlumatına görə, iclas Aşıqlar Birliyinin görəcəyi işlərə, il ərzində keçirəcəyi tədbirlərə həsr olunub. Birliyin sədri, xalq şairi Zəlimxan Yaqub çıxışı zamanı Aşıq Ələsgərin 190 illik yubileyilə əlaqədar olaraq 2011-ci ilin “Aşıq Ələsgər ili” elan olunduğunu xatırladıb. Sədr bildirib ki, bununla bağlı təşkilat tədbirlər silsiləsinə start verib. Bu silsilədən ilk tədbir Heydər Əliyev Sarayında Aşıq Alının 210 illik yubileyi münasibətilə keçirilib.
Z. Yaqub qeyd edib ki, yaxın vaxtlarda filarmoniyada “Sarı aşıq işığında” adlı Laçın aşıqlarının konserti olacaq. Daha sonra “Dədə Şəmşirin yetirmələri” adlı tədbir keçiriləcək ki, burda da ancaq Kəlbəcər aşıqları iştirak edəcək. Bundan başqa, Şəkidə Molla Cümə günlərinin keçirilməsi də planlaşdırılır: “Təbii ki, tədbirlər planı genişdir. Elə etməliyik ki, Azərbaycanın bütün zonaları bu tədbirlərdə fəal iştirak etsin. Əsas məqsədimiz də budur ki, Aşıq Ələsgərin adına bağlı olan bu ildə elə gənc istedadlar üzə çıxarılsın ki, onlar ölkəmizi xaricdə təbliğ etsinlər. Əgər aşıq sənəti dünya miqyasında təbliğ olunmaq üçün istiqamət götürübsə, elə üsullardan istifadə etməliyik ki, bu təbliğat arzu olunan səviyyədə olunsun, aşıq sənəti öz klassik şöhrətini bərpa etsin”.
Birlik sədri mətbuat vasitəsilə xalqa müraciət də edib: “Harada xalqın rəğbətini qazanan, özünə, istedadına güvənən gənc istedadlar varsa, bizə müraciət etsinlər ki, onlardan istifadə edək. Qoy camaat hər dəfə eyni aşığa qulaq asmasın”.
İclasda gənc aşıqlara Aşıqlar Birliyinin üzvlük vəsiqəsi də təqdim olunub.
Xəyalə Muradlı

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39