Misirin mədəniyyət naziri Təhrir Beynəlxalq Kitab Sərgisində Azərbaycan guşəsi ilə tanış olub
Qahirə şəhərində 31 mart - 4 aprel tarixlərində keçirilən Təhrir Beynəlxalq Kitab Sərgisində Azərbaycanın Misirdəki səfirliyi iştirak edib.
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfirlik tərəfindən sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni terrorizmi, Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın iqtisadiyyatı, neft tarixi və müasir neft-qaz sənayesinin inkişafı və sair barəsində ərəb, ingilis, fransız, rus və digər xarici dillərdə olan kitablar və digər çap materialları nümayiş etdirilib.
Sərgi çərçivəsində Azərbaycana aid mədəniyyət guşəsi də yaradılıb və burada Azərbaycan xalçaları, musiqi və qədim məişət əşyaları nümayiş etdirilib.
Sərgidə 100-dən artıq müxtəlif çap şirkətləri, ABŞ, İtaliya və Polşanın Qahirədəki səfirlikləri təmsil olunublar. Sərginin açılışında iştirak edən Misirin mədəniyyət naziri Emad Əbu Qazi Azərbaycan guşəsi ilə tanış olub və ona Azərbaycan kitabları barəsində məlumat verilib.
Sərgi çərçivəsində iştirakçılara Azərbaycan haqqında 200-dən artıq kitab, jurnal və digər çap materialları paylanıb.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06