Hollandiyada İçəri Şəhərin tarixi mərkəzinin təqdimatı keçirilib
YUNESKO-nun Dünya İrs Mərkəzinin, Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi və Amsterdam Şəhər Bələdiyyəsi ilə birgə təşkil olunan bu mötəbər tədbirdə Hollandiya və digər dövlətlərin hökumət rəsmiləri, Dünya İrs Mərkəzinin və Avropanın müxtəlif elm ocaqlarının nümayəndələrinin iştirakı ilə tarixi şəhər landşaftının qorunması, dövlət–özəl sektor əməkdaşlığı, tarixi-memarlıq abidələrinin qorunması və bərpasına dair məsələlər müzakirə olunacaq.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, Amsterdam meri tərəfindən giriş nitqi ilə açılan beynəlxalq forumun ilk sessiyasında İçəri Şəhərin və Amsterdam şəhərinin tarixi mərkəzinin təqdimatları keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovun təqdimatında Azərbaycan Prezidentinin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə yaradılmış bu idarənin fəaliyyət istiqamətləri, o cümlədən, İçəri Şəhərin təbliği, burada yerləşən tarixi-memarlıq abidələrinin qorunması, konservasiya sahəsində gedən işlər, zəngin mədəni irsin qorunması və inkişafı üçün həyata keçirilən layihələr, yerli icmanın Ağsaqqallar Şurası vasitəsilə İdarənin fəaliyyətində iştirakı, həmçinin özəl sektorla olan əməkdaşlıq layihələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və İdarənin fəaliyyətinə yüksək qiymət verilib.
Tədbirdə iştirak edən beynəlxalq ekspertlər Dünya İrs Siyahısına daxil olan tarixi şəhərlərin qorunmasında və idarə olunmasında Azərbaycan təcrübəsinin digər ölkələrə “ən yaxşı təcrübə” qismində bu təcrübədən istifadə etmələrini tövsiyə ediblər.
Qeyd edək ki, tədbirdə Azərbaycanın Hollandiya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov da iştirak edir.
Beynəlxalq forum öz işini aprelin 2-də başa çatdıracaq.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06